17:55 16-03-2021
news_image
205
FUTBOL

Obameyanq “Arsenal”a futbolçu aparır – Türkiyədən

Türkiyənin “Hatayspor” klubunun futbolçusu Aron Bupendza karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, qabonlu hücumçu “Arsenal”a təklif olunub.

Bu təklif London təmsilçisinin aparıcı futbolçusu Pyerr-Emerik Obameyanqdan gəlib. Forvard Qabon millisindəki komanda yoldaşını “Arsenal” rəhbərliyinə məsləhət görüb.

Qeyd edək ki, bir müddət öncə Rusiya “Krasnodar”ına keçəcəyi gözlənilən Bupendzanın transferi son anda reallaşmadı.