09:12 17-03-2021
news_image
103
FUTBOL

Rekord ardınca rekord – “Mançester Siti”dən

Çempionlar Liqasının 1/8 final mərhələsində Mönhenqladbax “Borussiya”sı üzərində cavab görüşündə 2:0 hesablı qələbə qazanan “Mançester Siti” yenə qapısını toxunulmaz saxlayıb.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” cari mövsüm turnirdə cəmi bir görüşdə qol buraxıb.

Keçirdiyi 8 görüşün yalnız birində mərkəzə dəvət edilən Pep Qvardiolanın kollektivi bu baxımdan cari mövsüm ən yaxşı göstəriciyə malikdir. İngiltərə təmsilçisi həm də “Ayaks”a məxsus rekordu təkrarlayıb. Niderlandlılar 1995/96 mövsümündə 8 qarşılaşmanın birində top buraxmışdı.

Mançesterlilər eyni zamanda ÇL tarixində ardıcıl 7 oyunda qol buraxmayan üçüncü komandadır. İngilislər “Milan”ın 2005-ci ildəki göstəricisini təkrarlayıb. Rekord isə 2006-cı ildə keçirdiyi 10 görüşdə qapısının toxunulmazlığını qoruyan “Arsenal”a məxsusdur.

“Mançester Siti”nin heyətində dünən hesabı açan Kevin De Bruyne komandanın cari mövsüm bütün turnirlərdə 100-cü qoluna imza atıb. Premyer Liqa klubu ispaniyalı mütəxəssisin rəhbərliyi altında ümumilikdə keçirdiyi 686 matçda 1717 dəfə fərqlənib.

Qeyd edək ki, Mönhenqladbax “Borussiya”sı üzərində hər iki oyunda 2:0 hesablı qələbə qazanan “Mançester Siti” 1/4 finala vəsiqə əldə edib.