09:49 17-03-2021
news_image
242
FUTBOL

“Heç burnunu göstərə bilmədi” – ÇL-də baş məşqçi fikirləri

Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, “Real” “Atalanta”nı “Mançester Siti” isə Mönhenqladbax “Borussiya”sını səfərdə olduğu kimi, evdə də məğlub edərək, mübarizəni davam etdirib.

Qarşılaşmalardan sonra komandaların baş məşqçiləri fikirlərini bölüşüb…

“Real” – “Atalanta” – 3:1
Zinəddin Zidan (“Real”ın baş məşqçisi):
“Futbolçularım fiziki güc tələb edən rəqibə qarşı matç boyu özlərini mükəmməl göstərdilər. Müdafiədə yaxşı oynamalı idik və bunu etdik. Bundan əlavə, topa sahib olaraq öz oyunumuzu sərgilədik. Zapatanın bir epizodunu nəzərə almasaq, “Atalanta” qapımıza yaxın heç burnunu göstərə bilmədi. Ümumiyyətlə, “Atalanta” çox şans yaradan komandadır, amma bu gün belə olmadı. Luka Modriç - Toni Kroos cütlüyü fenomenaldır. Lukanın 35 yaşı olsa da, meydandakı hərəkətlərindən heç də belə görünmür”.
Can Pyero Qasperini (“Atalanta”nın baş məşqçisi): “Seçdiyim heyətə görə peşman deyiləm. Adi səhvdən qol buraxmamalı idik. Daha yaxşı oynamaq istəyirdik. Təəssüf edirəm. Çempionlar Liqası hər kəs - məşqçi, futbolçular, klub üçün fantastik təcrübədir. Avropanın ən yaxşılarına qarşı oynamaq imkanımız oldu. Bu mövsüm yaxşı çıxış etdik, yalnız son iki matça əsəbi idik”.

“Mançester Siti” – “Borussiya” (Mönhenqladbax) – 2:0
Pep Qvardiola (“Mançester Siti”nin baş məşqçisi):
“Yaxşı futbol göstərdik, ilk dəqiqələrdən nəzarət bizdə oldu. Bu gün iki erkən qol vuraraq işimizi asanlaşdırdıq, amma yenə də yaxşı oyun göstərdik. Topu tez ötürürük, futbolçular mövqelərini dəyişirlər. Bütün mövqelər üzrə yaxşı idik. Ümumilikdə komanda şəklində müdafiə olunmağımız çox vacibdir. Yaranacaq fasilədən sonra 1/4 final barədə düşünəcəyik. Həmişə düşünürəm ki, daha irəli gedirsinizsə, deməli, buna layiqsiniz”.
Marko Rouz (“Borussiya”nın baş məşqçisi): “Cari mövsüm vəziyyətimiz heç də yaxşı deyil, amma bu planetdə daha pis şeylər var. Rəqib bu gün çox güclü idi, bunu etiraf etməliyik. “Mançester Siti” bizim üçün böyük idi, bu da insanın inamını öldürür. Düzdür, çox şey gözləyərdim. Futbolçularımız da bunu istəsəydilər, görərdim”.