12:04 17-03-2021
news_image
114
FUTBOL

De Byazinin narahatlığı – köməkçisi gəlib çıxmır

Futbol üzrə Azərbaycan milli komandası martın 15-dən DÇ-2022-nin seçmə mərhələsinin hazırlığına start verib.

Apasport.az saytının məlumatına görə, ilin əvvəlindən Moskva MOİK-ində işə başlayan Dmitri Kramarenko hazırda yığmanın düşərgəsində yer almır.

Canni De Byazinin qapıçılar üzrə köməkçisi Bakıya yalnız sabah qayıdacaq. İtalyan çalışdırıcı mövcud vəziyyətdən narahatlığını AFFA rəsmiləri ilə söhbətində dilə gətirib.

O, Kramarenkonun milliyə gec qoşulmasının qapıçıların performansına mənfi təsir göstərəcəyini bildirib.

Federasiya mənsubları isə Kramarenko ilə Rusiya klubu arasında razılaşmanın milliyə aid bəndini ona xatırladıb. Burada söhbət məşqçinin yığmanın düşərgəsinə MOİK-in icazə verəcəyi müddətdə gələ biləcəyi göstərilir (sportinfo.az).