12:19 17-03-2021
news_image
111
FUTBOL

“Barselona”dan “Yuventus”a təklif – hücumçularımızı dəyişək

“Yuventus”un hücumçusu Paulo Dibala “Barselona”nın transfer gündəmindədir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu bununla bağlı qarşı tərəfə ilk təklifini də göndərib.

La Liqa təmsilçisi argentinalı hücumçunun keçidi müqabilində turinlilərə hücumçusu Antuan Qrizmannı təklif edib. Fransa millisinin üzvündən narazı olan rəhbərlik onu bu dəyişikliyə razı salmağa çalışır. Həmçinin Dibala da “Yuve”də əsas heyətə düşə bilmədiyi üçün İspaniyaya köçməyin əleyhinə deyil. Tərəflər ortaq məxrəcə gəlsə, yayda dəyişiklik reallaşacaq.

Qeyd edək ki, Antuan Qrizmann cari mövsüm 39 oyunda 13 qol vurub, 11 məhsuldar ötürmə verib. Dibala isə 16 görüşdə iştirak edib, 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.