14:26 17-03-2021
news_image
569
FUTBOL

“Kəpəz”dəki maaşını açıqladı – portuqaliyalı futbolçu

“Bir ili “Trofense”də maaş almadan keçirdim və orada oynamağın çətinliyini qəbul etdim. Məni həmin vaxt “Kəpəz”ə “Porto”nun sabiq futbolçusu Joao Kosta təklif etdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in sabiq portuqaliyalı futbolçusu Serjinyo Karneyro deyib.

Ölkəsinin mətbuatına açıqlamasında karyerasını vərəqləyən 30 yaşlı keçmiş yarımmüdafiəçi “Kəpəz”dəki dönəmi də xatırlayıb. Ötən il karyerasını başa vuran Serjinyo Gəncə klubundan qovulmağının səbəbini də izah edib: “Əslində ora 2013-cü ildə gedə bilərdim. Ancaq 2016-cı ildə yollandım və əvvəl qazana biləcəyimin yarısına razılaşdım. “Kəpəz”də aylıq maaşım 6 min avro idi. Halbuki ondan üç il əvvəl orada aylıq məvacib 15 min avro idi. Amma “Trofense”də bir qəpik qazanmayanlar üçün... Avropa Liqasına vəsiqə qazanmadıqdan sonra rəhbərlik hamını qovduğu üçün mən də orada qalmadım”.

Qeyd edək ki, Serjinyo 2016/17 mövsümündə “Kəpəz”in formasını geyinib.