15:09 17-03-2021
news_image
160
FUTBOL

Moldova ilə yoxlama oyunu keçirəcək - Azərbaycan millisi

Azərbaycan millisinin daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, yığmamız Moldova ilə qarşılaşacaq.

Canni de Byazinin kollektivi iyunun 5-də Kişinyovda adıçəkilən komandanın qonağı olacaq. Bu isə millimizin bu il keçirəcəyi 3-cü yoldaşlıq görüşü olacaq. Çünki komandamız mayın 27-də Alanyada Türkiyə, iyunun 2-də isə Minskdə Belarusla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan yığması bu ay DÇ-2022-nin seçmə mərhələsinə start verəcək. İlk oyun martın 24-də Turin şəhərində Portuqaliyaya qarşı olacaq.