23:17 17-03-2021
news_image
194
FUTBOL

11-ci sınaq - Kişinyovda rekord

Azərbaycan millisinin iyunun 5-də Moldova ilə keçiriləcək oyunu rekordla əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, Kişinyovdakı görüş iki komanda arasında 11-ci matç kimi tarixə düşəcək.

Bununla da Moldova yığmamızla ən çox görüşən komanda ünvanına yiyələnəcək. İndiyədək millimiz heç bir rəqiblə 11 dəfə qarşılaşmayıb.

Moldova ilə 10 dəfə üz-üzə gələn yığmamız Özbəkistan və Qazaxıstanla da eyni qədər matça çıxıb. İlk dəfə 1994-cü ildə qarşılaşdığı rəqibi 2 dəfə məğlub edən millimiz 5 dəfə heç-heçə edib və 3 dəfə uduzub. Top fərqi də moldovalıların xeyrinədir – 8-6.

2 sentyabr 1994. Kişinyov. YO. Moldova – Azərbaycan – 2:1
22 mart 1998. Bakı. YO. Azərbaycan – Moldova – 1:0
24 mart 2001. Bakı. DÇ. Azərbaycan – Moldova – 0:0
1 sentyabr 2001. Kişinyov. DÇ. Moldova – Azərbaycan – 2:0
31 mart 2004. Kişinyov. YO. Moldova – Azərbaycan – 2:1
9 fevral 2005. Bakı. YO. Azərbaycan – Moldova – 0:0
18 may 2006. Kişinyov. YO. Moldova – Azərbaycan – 0:0
26 may 2010. Seekirchen. YO. Moldova – Azərbaycan – 1:1
17 noyabr 2015. Bakı. YO. Azərbaycan – Moldova – 2:1
30 yanvar 2018. Antalya (Türkiyə). YO. Azərbaycan – Moldova – 0:0
YO – yoldaşlıq oyunu, DÇ – dünya çempionatının seçmə oyunu