00:00 18-03-2021
news_image
111
FUTBOL

Ən məhsuldar müdafiəçilər – ÇL tarixində

Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsində “Atalanta” ilə oyunda fərqlənən “Real”ın futbolçusu turnirdə qollarının sayını 15-ə yüksəldib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bununla ÇL-də ən çox qol vuran müdafiəçilər sıralamasında ikinci pilləyə yüksəlib.

Ramos indi yalnız sabiq komanda yoldaşı Roberto Karlosdan geri qalır.

Bəs, ÇL tarixinin ən məhsuldar müdafiəçiləri kimlərdir? Bu yazıda onlara göz gəzdirəcəyik.

1. Roberto Karlos - 16 qol
Əfsanəvi braziliyalının liderliyi yəqin ki, çox keçmədən sona çatacaq. Çünki hazırda karyerasını davam etdirən iki futbolçu Roberto Karlosdan cəmi 1 top geri qalır. Sabiq sol cinah müdafiəçisi Çempionlar Liqasında bütün qollarını “Real”ın heyətində vurub.

2. Serxio Ramos – 15 qol
Aktiv futbolçular arasında ən çox qol vuran müdafiəçi olan İspaniya millisinin kapitanı bu uğurunu ÇL-də tam şəkildə davam etdirə bilmir. Çünki onun vurduğu ümumi qol sayına nəzər yetirdikdə, bu turnirdə 15 top o qədər də yüksək nəticə sayılmamalıdır.

3. Jerrar Pike – 15 qol
Digər ispaniyalı Jerrar Pike isə ümumilikdə 59 qolundan 15-nə qitənin ən nüfuzlu klub turnirində imza atıb. İspaniya yığmasının sabiq üzvü bu qollardan 2-ni “Mançester Yunayted”də, 13-nü isə “Barselona”da vurub.

4. İvan Elqera – 15 qol
8 mövsüm “Real” forması geyinən Elqera bu müddətdə ÇL-də 14 dəfə fərqlənib. Karyerasına “Valensiya”da başa vuran sabiq müdafiəçi “yarasalar”ın da 1 qolunun müəllifi olub.

5. Ronald Kuman – 13 qol
Hazırda “Barselona”nı çalışdıran Kuman futbol tarixinin bombardir müdafiəçisi olsa da, Çempionlar Liqasında 13 qolla kifayətlənib. Həmin dövrdə yalnız ölkə çempionlarının turnirə qatılması onun da ÇL-dəki qol sayına təsirsiz ötüşməyib.

6. Dani Alveş – 12 qol
Braziliyalı 17 illik Avropa macərasını 51 qolla tamamladı. Orta hesabla hər mövsümə 3 qol o qədər də yüksək göstərici sayılmır. Amma müdafiənin sağ cinahında çıxış etdiyini unutmaq da olmaz. O, bu qollardan 12-nə Çempionlar Liqasında imza atıb.