22:16 17-03-2021
news_image
210
FUTBOL

Bu il kimlər necə oynayıb? - Canni de Byazinin siyahısı

Azərbaycan milli komandasına çağırılan 30 futbolçudan 29-u Premyer Liqanı təmsil edir.

Apasport.az saytının məlumatına görə, bu oyunçulardan 28-i bu il çempionat oyununa çıxıb.

Baş məşqçi Canni de Byazinin siyahısında yer alanlardan yalnız biri 2021-ci ildə keçirilən turlarda şans qazanmayıb. Bu da Emil Balayevdir. Şahruddin Məhəmmədəliyevin kölgəsində qalan və gününü ehtiyatda keçirən qolkiper italiyalı mütəxəssisin heyətində elə möhkəmlənib ki, oynamasına da ehtiyac yoxdur.

De Byazinin çağırdığı digər iki qapıçı – Şahruddin Məhəmmədəliyevlə Mehdi Cənnətov, həmçinin Mahir Emreli ilə Bədavi Hüseynov bu müddətdə bütün matçları əvəzolunmadan keçirib. Amma “Qarabağ”ın “Səbail”lə ötən ildən təxirə salınan matçı iki ay əvvəl baş tutduğundan bu komandalar 8 oyun keçirib. 

Ümumiyyətlə, Premyer Liqadakı 29 milli üzvündən 28-i ən azı oyunların yarısında şans qazanıb. Onların hər biri ən azı 4, maksimum 8 dəfə meydana çıxıb.
 

Milli üzvləri Premyer Liqanın 2021-ci ilində

futbolçu

klub

OYUN

DƏQİQƏ

QOL

SARI

QIRMIZI

Bədavi Hüseynov

Qarabağ

8

720

0

0

0

Mahir Emreli

Qarabağ

8

720

6

1

0

Şahruddin Məhəmmədəliyev

Qarabağ

8

720

-2

0

0

Qara Qarayev

Qarabağ

8

704

0

1

0

Abbas Hüseynov

Qarabağ

8

648

0

0

0

Toral Bayramov

Qarabağ

8

192

0

1

0

Mehdi Cənnətov

Sumqayıt

7

630

-4

1

0

Xəyal Nəcəfov

Sumqayıt

7

539

0

1

0

İsmayıl İbrahimli

Qarabağ

7

309

0

0

0

Emin Mahmudov

Neftçi

6

540

2

2

0

Əli Qurbani

Sumqayıt

6

540

1

3

0

Vüqar Mustafayev

Sumqayıt

6

540

0

1

0

Aleksey İsayev

Sabah

6

530

0

1

0

Namiq Ələsgərov

Neftçi

6

518

6

3

0

Sərtan Taşkın

Zirə

6

485

0

0

0

Elvin Bədəlov

Sumqayıt

6

481

0

1

0

Amin Seydiyev

Sabah

6

478

0

0

0

Rəhim Sadıxov

Sumqayıt

6

462

1

0

0

Amil Yunanov

Səbail

6

416

3

3

0

Ramil Şeydayev

Sabah

6

82

0

0

0

Şəhriyar Əliyev

Keşlə

5

450

1

1

0

Anton Krivotsyuk

Neftçi

5

450

0

2

0

Elvin Cəfərquliyev 

Qarabağ

5

443

0

1

0

Azər Salahlı

Keşlə

5

434

3

1

0

Təmkin Xəlilzadə

Sabah

5

405

2

0

0

Tellur Mütəllimov

Sumqayıt

5

362

1

1

0

Coşqun Diniyev

Sabah

5

182

0

0

0

Bəhlul Mustafazadə

Sabah

4

360

0

0

0

Emil Balayev

Qarabağ

0

0

0

0

0