17:30 17-03-2021
news_image
114
FUTBOL

Ən yaxşı futbolçular – Levandovski üçün

“Bir futbolçunu fərqləndirmək olmaz”.

Apasport.az saytının məlumatına görə, bunu Polşa millisinin və Almaniya “Bavariya”sının futbolçusu Robert Levandovski deyib.

Hücumçu Almaniya millisinin əfsanəvi Lotar Matteusun “bütün zamanların ən yaxşı futbolçusu kimdir?” sualına cavab verib. Levandovski hər dövrün ən yaxşılarının olduğu qənaətindədir: “Oyunçular müəyyən dövrləri formalaşdırır. Siz də belə oyunçu olmusunuz. Son 10-15-ildə fərqlənən Lionel Messi, Kriştiano Ronaldo, Ronaldinyodur. Onadək braziliyalı hücumçu Ronaldo olub. Həmişə ağlasığmaz istedadlar, oyunçular var ki, futbol oyunundan zövq almağı təcəssüm edirlər. Dünya ulduzları çətini asan etməyi bacarırlar”.