00:51 18-03-2021
news_image
163
FUTBOL

Ən dəyərli futbolçuları – DÇ-2026-ya göz dikən ölkənin

2026-cı ildəki dünya çempionatına ev sahibliyi etmək istəyən Kanada son vaxtlar futbola ciddi yatırımlar edir.

Apasport.az saytının məlumatına görə, bunun bəhrəsi kimi adıçəkilən ölkədə artıq dünya səviyyəli futbolçular da yetişir.

Təsadüfi deyil ki, hazırda “Bavariya”da çıxış edən Alfonso Devis gənc yaşda dünya ulduzuna çevrilməyi bacarıb. Araşdırmaya əsasən, məhz 21 yaşlı müdafiəçi Kanadanın ən bahalı futbolçusudur. Həmin ölkənin ən dəyərli futbolçuları isə bunlardır:

1. Alfonso Devis (“Bavariya”, Almaniya) - 75 milyon avro
2. Conatan Devid (“Lill”, Fransa) - 30 milyon
3. Kayl Larin (“Beşiktaş”, Türkiyə) - 9 milyon
4. Conatan Osorio (“Toronto”) - 6 milyon
5. Mark-Entoni Key (“Los-Anceles”, ABŞ) - 6 milyon
6. Lukas Kavallini (“Vankuver”) – 4,5 milyon