11:49 18-03-2021
news_image
150
FUTBOL

Premyer Liqamızın bombardir müdafiəçiləri - “doqquzluq”

Azərbaycan Premyer Liqasının ən məhsuldar müdafiəçiləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, doqquz arxa xətt oyunçusu 2 və daha artıq qol vurub.

Cədvələ qışda “Qarabağ”dan ayrılan Donald Gerye və son turların qəhrəmanı Azər Salahlı başçılıq edir. Son iki görüşdə üç qol vuran “Keşlə”li haitili müdafiəçiyə çatıb. Hər iki müdafiəçi cari mövsüm 4 dəfə fərqlənib.

Camaladdin Xocaniyazovla Tellur Mütəllimovun aktivində 3 top var. 5 futbolçu isə 2 qola sevinib.

Premyer Liqanın məhsuldar müdafiəçiləri:
Azər Salahlı – 4
Donald Gerye – 4
Camaladdin Xocaniyazov – 3
Tellur Mütəllimov – 3
Təmkin Xəlilzadə - 2
Urfan Abbasov - 2
Anton Krivotsyuk - 2
Yusif Nəbiyev - 2
Peyman Keşavarz - 2