12:18 18-03-2021
news_image
517
FUTBOL

Monrozun əvəzləyicisi “Qəbələ”dədir – “Neftçi” üçün

“Neftçi” “Qəbələ”nin hücumçusu Ceyms Adeniyidən əl çəkmir.

Apasport.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi nigeriyalı forvardla təmaslarını davam etdirir.

“Ağ-qaralar” hücumçusu Stiven Jozef-Monrozla mövsümün sonunda yollarını ayıracaq. Fransalı forvardla yaya qədər olan sözləşmə müddəti uzadılmayacaq. Klub rəhbərliyi onun boşluğunu məhz Adeniyi ilə doldurmaq niyyətindədir.

“Qəbələ” ilə anlaşması mövsümün sonuna qədər olan Adeniyi ilə bağlı yeganə problem onun başqa bir neçə ölkədən də təklif almasıdır. “Neftçi” forvardın maaş tələbini qarşılamağa razılıq versə, 29 yaşlı futbolçu Azərbaycanda qalacaq.

Qeyd edək ki, Ceyms Adeniyi “Qəbələ”yə 2018-ci ildə Albaniya klubu “Skenderbeu”dan keçib.