12:46 18-03-2021
news_image
80
FUTBOL

1000-ə çatdı – “Bavariya”

Almaniyanın “Bavariya” klubu avrokuboklarda 1000-ci qolunu vurub.

Apasport.az saytının məlumatına görə, bu, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşünə təsadüf edib. 

“Latsio”nu 2:1 hesabı ilə məğlub edən Münhen təmsilçisinin yubiley qolunun müəllifi Erik Çupo-Motinq olub.

“Bavariya” avrokuboklar tarixində 1000 və daha çox qol vuran 3-cü komandadır. Yalnız İspaniya nəhəngləri “Real” (1169) və “Barselona” (1138) daha çox qol vurub.