Novruz bayramı Azərbaycan millisi üçün uğursuzluqla əlamətdardır.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı yığma tarixində yalnız bir dəfə bu gündə meydana çıxıb.
Novruz bayramında – martın 21-dəki yeganə matçda da komandamız məğlubiyyətlə üzləşib. Bu, iki il öncəyə təsadüf edib.
2019-cu il martın 21-də millimiz Xorvatiyanın qonağı olub. Avropa çempionatının Zaqrebdəki seçmə oyununda meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.