12:26 21-03-2021
news_image
151
FUTBOL

Novruz həsrəti - Premyer Liqamızda

Martın 21-də ölkəmizdə Novruz bayramı qeyd olunur.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında bu tarixə anadan olan futbolçu yoxdur.

Millimizin və “Zirə”nin braziliyalı legioneri Riçard Almeyda bayrama daha yaxındır. O, Novruzdan bir gün öncə - martın 20-də ad gününü qeyd edir.

Milli komandanın tarixinə baxsaq, yığmada yalnız bir oyunçu bu əlamətdar tarixə dünyaya göz açıb. Bu, 50 illik yubileyini qeyd edəcək Xaliq Mərdanovdur.