15:06 20-03-2021
news_image
278
FUTBOL

Qola da həsrət milli – uğursuz gündə

Azərbaycan millisi dörd gündən sonra növbəti oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə görüşəcək yığmamız tarixində 3-cü dəfə martın 24-də meydana çıxacaq.

Bu tarix komandamız üçün uğursuz gündür. Futbolçularımız martın 24-də qola həsrətdir.

2001-ci ilin həmin tarixində Bakıda Moldova ilə görüşən yığma DÇ-2002-nin seçmə oyununda qolsuz heç-heçə ilə kifayətlənmişdi. Hərçənd rəqibin 9 nəfərlə qaldığı görüşdəki say üstünlüyündən yararlanmaq mümkün idi.

2007-ci ildə isə komandamız Varşavada Polşanın qonağı olub. AVRO-2008-in qarşılaşmasında futbolçularımız meydana çıxmağa da peşmançılıq çəkib – 0:5.