12:54 20-03-2021
news_image
496
FUTBOL

Çempionun bəlli olduğu tur – “Neftçi”dən yer dəyişikliyi, “Sabah”dan bu gün

Azərbaycan Premyer Liqasında 20 turdan sonra üçhəftəlik fasilə yaranıb.

Apasport.az saytının məlumatına görə, bir il əvvəl məhz 20 turdan sonra dayandırılan yarış davam etdirilmədən başa çatıb.

İki mövsümün 20 turunu müqayisə etdikdə, bir sıra məqamlar diqqət çəkir. Bu, həm çempionatın, həm bombardirlərin cədvəlində, həm də ayrı-ayrı klubların nəticələrində əksini tapıb.

“Qəbələ”dən sıçrayış
İlk növbədə turnir cədvəlindəki liderin dəyişməsi diqqət çəkir. Ötən il 45 xala malik “Qarabağ” zirvədə idisə, hazırda “Neftçi” ilk pillədə qərarlaşıb. Ötən illə müqayisədə bir addım irəliləyən bakılılar daha az – 42 xalla öndədir. Paytaxt təmsilçisi ötən il çempionat dayananda cəmi 37 xala malik idi.

“Neftçi” kimi “Zirə” də irəliləyişə nail olub. Qəsəbə təmsilçisi iki addım yüksəlməklə 5-ci sıranı 3-cüyə dəyişib. Zirəlilərin xal hesabında 7 xallıq artım diqqət çəkir.

Ən böyük sıçrayışa “Qəbələ” imza atıb. Ötən mövsümdə sonuncu olan əyalət təmsilçisi hazırda 5-cidir. Üç addımlıq irəliləyişdə 4 xal artımı rol oynayıb.

Yenə autsayderlər qrupunda yer alan “Səbail” bir pillə yüksəlib. Ötən mövsümün 7-cisi hazırda 6-cı sıradadır. Baxmayaraq ki, paytaxt klubu 2 xal az toplayıb.

“Sabah”la “Keşlə” uçuruma doğru
Liderliyi əldən verən “Qarabağ” zirvəyə şərik olsa da, ikinci sırada yer alıb. Ağdamlılar bir il əvvəlkindən üç xal az toplasa da, məhsuldarlığı təxminən 33 faiz artıb. Lakin buraxılan qol sayı da iki dəfəyə yaxın çoxalıb.

Ən böyük geriləmə “Keşlə”dədir. Tez-tez baş məşqçi dəyişən klub bir il əvvəl bürüncə yiyələnmişdi. İndi isə komanda yalnız 7-ci sırada qalıb. Bakılıların az qala iki dəfə az xal toplaması da mənfi məqamdır.

Sonuncu yerə yuvarlanan “Sabah”ın geriləməsi 2 addım təşkil edir. Hər il avrokuboklardan dəm vuran paytaxt təmsilçisi ötənilkindən 5 xal da az yığıb.

Ən sabit komanda
Premyer Liqada ən sabit komanda “Sumqayıt”dır. Ayxan Abbasovun yetirmələri yenə 4-cü sırada yer alıb. Bir ildə mövqeyi dəyişməyən yeganə komanda bu dəfə üç xal artıq yığıb. Bu da heç-heçələrin çoxluğu ilə bağlıdır.

İkiqat fərq
Ən böyük fərq bombardirlər yarışındadır. Əgər ötən ilin 20 turunda ən çox qol vuran futbolçular vur-tut 7 dəfə fərqlənmişdisə, bu dəfə rəqəm ikiqat artıb. Namiq Ələsgərov ötən çempionatda ikisi birlikdə 14 qol vuran komanda yoldaşları Stiven Monrozla Baqali Dabo qədər uğur qazanıb. Ötən çempionatda bombardirliyə şərik olan Mahir Emreli də cari mövsümün 20 turunda təxminən ikiqat artığını vurub.

2019/20 mövsümü

1

Qarabağ

20

13

6

1

34-7

45

2

Neftçi

20

10

7

3

33-14

37

3

Keşlə

20

8

6

6

27-21

30

4

Sumqayıt

20

6

5

9

24-32

23

5

Zirə

20

6

5

9

25-37

23

6

Sabah

20

5

6

9

19-27

21

7

Səbail

20

5

5

10

16-30

20

8

Qəbələ

20

5

4

11

25-35

19

Bombardirlər: Stiven Monroz, Baqali Dabo (hər ikisi "Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") - 7 qol

2020/21 mövsümü

1

Neftçi

20

13

3

4

30-19

42

2

Qarabağ

20

12

6

2

46-13

42

3

Zirə

20

7

9

4

24-21

30

4

Sumqayıt

20

6

8

6

23-24

26

5

Qəbələ

20

5

8

7

18-28

23

6

Səbail

20

4

6

10

19-33

18

7

Keşlə

20

3

8

9

20-32

17

8

Sabah

20

4

4

12

19-29

16

Bombardirlər: Namiq Ələsgərov ("Neftçi") - 14 qol, Mahir Emreli ("Qarabağ") - 13 qol, Filip Ozobiç ("Qarabağ") - 10 qol