17:42 18-03-2021
news_image
136
FUTBOL

60 milyonluq təklif – “Çelsi”dən

İngiltərənin “Çelsi” klubunun yay transfer pəncərəsindəki hədəfi bəlli olub.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi hücum xəttini gücləndirməyə qərar verib.

Premyer Liqa klubu ön xəttin gücləndirilməsi üçün Paulo Dibalanı almağı planlaşdırır. “Çelsi” İtaliya “Yuventus”unun forvardı üçün 60 milyon avroluq təklif hazırlayıb.

Qeyd edək ki, Paulo Dortmund “Borussiya”sının da maraq dairəsindədir.