21:16 18-03-2021
news_image
121
FUTBOL

“İnter”in oyunu təxirə salındı – koronavirusa görə

İtaliya A seriyasının XXVIII turunun “İnter” – “Sassuolo” oyunu təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb meydan sahiblərində daha iki futbolçunun koronavirusa yoluxmasıdır.

“Neradzurra”nın müdafiəçisi Stefan de Vrey və yarımmüdafiəçisi Matias Vesinonun testinin nəticəsi pozitiv çıxıb. Adıçəkilən oyunçuları karantinə alan rəhbərlik məşqləri martın 21-dək dayandırıb. Üstəlik, milanlıların milli komandalara dəvət alan futbolçuları da gedə bilməyəcəklər. Bu üzdən ayın 20-də “Sassuolo”ya qarşı keçirilməsi nəzərdə tutulan qarşılaşma qeyri-müəyyən müddətə təxirə salınıb.

Qeyd edək ki, bir müddət əvvəl “İnter”in müdafiəçisi Danilo Dambrozio da koronavirusa yoluxub.