01:11 19-03-2021
news_image
200
FUTBOL

Messiyə ömürlük müqavilə təklifi - Laportadan

“Barselona”ya yeni prezident seçilən Joan Laporta kapitan Lionel Messini nəyin bahasına olursa-olsun klubda saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Kataloniya təmsilçisinin rəhbəri 34 yaşlı superuduza ömürlük müqavilə təklif edəcək.

Leo buna razılıq verərsə, karyerasını bitirdikdən sonra da klubda çalışacaq. Lakin Laporta koronavirus pandemiyasının yaratdığı maliyyə problemi ucbatından argentinalıdan maaşın azaldılmasını istəyə bilər. Kapitan məvcibində endirimə razılıq versə, digər futbolçular da fədakarlıq etməkdən boyun qaçırmayacaqlar.

Qeyd edək ki, “Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Lionel Messi PSJ və “Mançester Siti”nin maraq dairəsindədir.