16:16 19-03-2021
news_image
390
FUTBOL

3 mərhələnin püşkü atıldı – Avropa Liqasında

Bu gün Avropa Liqasında mövsümün son püşkatma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, tədbirdə 1/4, 1/2 və finalın püşkü atılıb.

1/8 finalı adlayan iştirakçılar 4 cütlük təşkil edib. Həmçinin də yarımfinal mərhələsinin püşkü atılıb və finalın nominal meydan sahibi bilinib.

Avropa Liqası
1/4 final (8 – 15 aprel)

1. “Qranada” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
2. “Arsenal” (İngiltərə) - “Slaviya” (Çexiya)
3. “Ayaks” (Niderland) - “Roma” (İtaliya)
4. “Dinamo” (Xorvatiya) - “Vilyarreal” (İspaniya)

1/2 final (29 aprel – 6 may)
5. 1-ci cütün qalibi – 3-cü cütün qalibi
6. 4-cü cütün qalibi – 2-ci cütün qalibi

Final (26 may)
6-cı cütün qalibi – 5-ci cütün qalibi

Qeyd edək ki, final oyunu Qdanskda (Polşa) keçiriləcək.