10:11 19-03-2021
news_image
150
FUTBOL

1/4 final görən 4 alman məşqçi – Çempionlar Liqasında

Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinin bütün iştirakçıları artıq məlumdur.

Apasport.az saytının məlumatına görə, yoluna davam edən 8 klubdan 4-nün baş məşqçisi almandır.

Həmin çalışdırıcılardan ikisi Almaniya klubunu çalışdırırsa, digər ikisi İngiltərədə fəaliyyət göstərir.

Hans-Diter Flik
Ötən mövsüm kuboku başı üzərinə qaldıran Flik cari mövsüm də turnirin qalibi olmağa ən real namizəddir. 56 yaşlı mütəxəssis keçən mövsüm komandasına 6 kubok qazandırdı. Münhenlilər Almaniya kubokunda mübarizəni dayandırdığından eyni uğuru təkrarlamaq mümkün olmayacaq.

Tomas Tuxel
Tuxel 2019/20 mövsümündə PSJ-ni tarixində ilk dəfə Çempionlar Liqasının finalına daşıdı. Ancaq komanda cari mövsümə uğursuz başlayınca yola salındı və işləri qaydasında getməyən digər klub “Çelsi”nin sükanı arxasına gətirildi. Onun rəhbərliyi altında yüksəlişə keçən “zadəganlar” ÇL-in 1/8 finalında “Atletiko” kimi rəqibi hər iki görüşdə məğlub etdi.

Yurgen Klopp
Premyer Liqanın son çempionu “Liverpul” azarkeşlərini bu dəfə üzməkdədir. Ölkə çempionatından fərqli qitənin ən nüfuzlu turnirində uğurlu çıxış edən “qırmızılar”ın 1/8 finaldakı qurbanı “Leypsiq” oldu. Premyer Liqada ilk “dördlüy”ə düşmək çətin göründüyündən, Kloppun 2018/19 mövsümündəki kimi, “Liverpul”u Çempionlar Liqasının qalibi etməkdən başqa yolu yoxdur.

Edin Terziç
Daxili birincilikdə zəif təsir bağışlayan daha bir komanda Dortmund “Borussiya”sıdır. Almaniya klubu mövsümün sonuna qədər Terziçə əmanət edildi. “Borussiya” avrokubokların güclü komandalarından sayılan “Sevilya”nı ÇL-in 1/8 finalında ümumi hesabda 5:4 üstələyərək yoluna davam etdi.