22:45 19-03-2021
news_image
583
TOKİO-2020

Lisenziyasız qaldı - qadın güləşçilərimiz

Bu gün Macarıstanın paytaxtı Budapeştdə Avropa Olimpiya Təsnifat Turnirində qadın güləşçilərin mübarizəsinə start verilib.

Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycan millisinin 5 idmançısı qüvvəsini sınayıb. 

Hər çəkidə finala vəsiqə qazananlar həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə etməli olsalar da, təmsilçilərimizdən heç biri bunu bacarmayıb.  

Leyla Qurbanova ilk mərhələdə yerli güləşçi üzərində minimalhesablı qələbə qazanıb. Ancaq 1/4 finalda Belarusdan olan 2 qat dünya və 2 qat Avropa çempionu Vanesa Kolodinskaya ilə bacarmayıb.

Alyona Kolesnik startda bolqar həmkarına uduzub.

Elis Manolova 1/8 finalda erkən qələbəyə sevinib. Avropa çempionumuz cəmi 43 saniyə ərzində İsrail təmsilçisini "tuşe" ilə xalçadan məyus yola salıb. Elis litvalı rəqibinə də aman verməyərək adını yarımfinala yazdırıb. O, Olimpiya lisenziyasının bir addımlığında rusiyalı idmançı ilə qarşılaşıb və xalçadan məğlubiyyətlə ayrılıb. 

Mübarizəyə 1/4 finaldan qoşulan Tatyana Omelçenko latviyalı 4 qat Avropa çempionu Anastasiya Qriqoryevaya minimal fərqlə yenilib.

Gözəl Zutova debütdə britaniyalı güləşçiyə məğlub olub.

Qadın güləşi

53 kq
1/8 final. Leyla Qurbanova - Timea Şeker (Macarıstan) - 4:3
1/4 final. Leyla Qurbanova - Vanesa Kaladjinskaya (Belarus) - 0:10

Bürünc medal görüşü: Leyla Qurbanova - Yuliya Leorda (Moldova)

57 kq
1/8 final. Alyona Kolesnik - Evelina Nikolova (Bolqarıstan) - 0:6

Təsəlliverici görüş: Alyona Kolesnik - Veronika Çumikova (Rusiya)

62 kq
1/4 final. Tatyana Omelçenko - Anastasiya Qriqoryeva (Latviya) - 2:3

Təsəlliverici görüş: Tatyana Omelçenko - Sara Da Kol (İtaliya)

68 kq
1/8 final. Elis Manolova - İlana Kratiş (İsrail) - 4:0
1/4 final. Elis Manolova - Danute Domikaytite (Litva) - 4:1
1/2 final. Elis Manolova - Xanım Vəliyeva (Rusiya) - 0:6

Bürünc medal görüşü: Elis Manolova - İrina Ringaci (Moldova)

76 kq
1/8 final. Gözəl Zutova – Corcina Neltorp (Böyük Britaniya) - 1:3

Qeyd edək ki, yarışda sərbəst güləşçilərin lisenziya uğrunda mübarizəsi başa çatıb. Millimizin üzvlərindən Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) finala yüksəlməklə, Olimpiadada iştirak hüququna da sahib olublar. Onlar həlledici görüşə bu gün çıxacaqlar. Yunan-Roma güləşçiləri isə turnirdə martın 20-21-də qüvvəsini sınayacaqlar. 

Güləş millimizin hesabında isə ümumilikdə 4 lisenziya var. Əliyev və Hacıyevdən öncə dünya çempionatında Şərif Şərifov (97 kq) və Mariya Stadnik (57 kq) Tokio-2020-də iştirak hüququna yiyələniblər.