20:21 20-03-2021
news_image
401
FUTBOL

“31”lə gedən Rəşad Sadıqov, “24”ü arxada qoyan Kamran Ağayev - SİYAHI

Martın 24-də DÇ-2022-nin seçmə mərhələsi start götürəcək.

Apasport.az saytı mundial yolunda ən çox matç keçirən Azərbaycan futbolçularının siyahısını təqdim edir.

İlk dəfə DÇ-1998-in seçmə mərhələsində mübarizə aparan yığmamız 7-ci dəfə yarışa qatılıb.

1. Rəşad Sadıqov - 31
Millinin kapitanı ümumi oyun sayında olduğu kimi, dünya çempionatının seçmə mərhələsindəki matçlara görə də hamıdan öndədir. Uzun müddət yığmada çıxış etməsi və karyerasını gec başa vurması da onun rekordçu olmasında rol oynayıb.

2. Mahir Şükürov - 26
Kapitanın həmyaşıdı milliyə gəlişi də, gedişi də gec olduğundan geri qalır. Hərçənd karyerasını erkən bitirməsəydi, rekordçu da ola bilərdi.

3. Kamran Ağayev - 25
Hazırda Premyer Liqada çıxış edənlər arasında dünya çempionatı həyəcanını ən çox yaşayan futbolçudur. Fasilədən sonra karyerasını bərpa edən qolkiper yığmadakı yerini qaytara bilsə, bu siyahıda irəliləyə bilər.

4. Rahid Əmirquliyev - 19
Karyerasını davam etdirən daha bir veteran da “Səbail”də Kamranla çiyin-çiyinə oynayır. Lakin yarımmüdafiəçi də artıq millidən dəvət almır.

5. Qurban Qurbanov - 18
“Qarabağ”ın baş məşqçisi rekorddan çox uzaqdır. Lakin o, yalnız üç tsikldə forma geyinib.

6. Mahmud Qurbanov - 16
“Professor” da həmsoyadı kimi yalnız ilk üç cəhddə mundial yoluna çıxıb. Bu üzdən onun də oyun sayı rekorddan təxminən iki dəfə geri qalır.