11:38 19-03-2021
news_image
99
FUTBOL

Yığmaların oyunçularına qadağa qoydu - PFL

Fransa Peşəkar Futbol Liqası (PFL) koronavirus pandemiyası ilə əlaqədar yeni qərar qəbul edib.

Apasport.az saytının məlumatına görə, qurum Avropa Birliyinə aid olmayan ölkələrin futbolçularını milli komandalarına göndərməyəcək.

Bu qadağa Liqa1 və Liqa2-də çıxış edən oyunçulara şamil edilib. Qərar Türkiyə millisinə də ciddi zərbə vuracaq. Çünki qardaş ölkənin Fransada oynayan bir neçə aparıcı üzvü yığmanın DÇ-2022-nin seçmə mərhələ matçlarını buraxmalı olacaq.

Həmçinin millimizin seçmə mərhələdəki rəqibi Serbiya yığması da Liqa1-dəki oyunçularını Bakıya gətirə bilməyəcək.