20:35 19-03-2021
news_image

İki gümüş, iki bürünc - güləşçilərimizdən

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə 6 çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər həlledici görüşlərə çıxıb.

Azərbaycan millisinin 5 üzvü medallar uğrunda mübarizə aparsa da, onlardan 4-ü fəxri kürsüyə yüksəlməyi bacarıb. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanan iki idmançımız finalda qüvvəsini sınayıb. Hacı Əliyev erməni Vazgen Tevanyana uduzubsa, Hacımurad Hacıyev gürcü Avtandil Kentçadze ilə qarşılaşmaya çıxmayıb. Nəticədə hər iki idmançı gümüş medalla kifayətlənib. 

Bürünc medal görüşünə çıxan İslam Bazarqanov moldovalı Petru Krakiunla üz-üzə gəlməli olsa da, rəqibin xalçaya çıxmaması təmsilçimizi üçüncü edib. Camaləddin Məhəmmədov isə Paris Karepiyə heç bir şans verməyib - 11:0.

Təsəlliverici qarşılaşmada erməni Hovannes Mxitaryana qalib gələn Abubakr Abakarov uğurunu davam etdirə bilməyib. O, bürünc medal uğrunda görüşdə məğlubiyyətə üzülüb.

Sərbəst güləş
57 kq

Bürünc medal görüşü: İslam Bazarqanov - Petru Krakiun (Moldova) - +:-

65 kq
FİNAL. Hacı Əliyev - Vazgen Tevanyan (Ermənistan) - 0:9

74 kq
FİNAL. Hacımurad Hacıyev - Avtandil Kentçadze (Gürcüstan) - -:+

86 kq
Təsəlliverici görüş: Abubakr Abakarov - Hovannes Mxitaryan (Ermənistan) - 8:5
Bürünc medal görüşü: Abubakr Abakarov - Boris Makoyev (Slovakiya) - 5:7

125 kq
Bürünc medal görüşü: Camaləddin Məhəmmədov - Paris Karepi (Albaniya) - 11:0

Qeyd edək ki, bu gün qadın güləşçilər də mübarizəyə qoşulub.