12:56 19-03-2021
news_image
142
FUTBOL

Zərəri açıqladı – Premyer Liqa klubu

İngiltərənin “Lester” klubuna dəyən zərər bəlli olub.

Apasport.az saytının məlumatına görə, bu, Premyer Liqa təmsilçisinin ötən mövsümlə bağlı maliyyə hesabatında əksini tapıb.

“Lester” mövsüm ərzində 67,3 milyon funt-sterlinq ziyana düşüb. Bu rəqəm bir il əvvəlki ilə müqayisədə kəskin artıb. 

2018/19 mövsümündə zərər 20,2 milyon təşkil edirdi. Kluba dəyən zərərin belə artımına əsas səbəb koronavirus pandemiyasıdır.