14:40 19-03-2021
news_image
530
TOKİO-2020

Erməni rəqibini məğlub etdi – güləşçimiz

Azərbaycan sərbəst güləşçisi Abubakr Abakarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində bürünc medal uğrunda mübarizə aparacaq.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner buna təsəlliverici görüşdə qələbə qazanmaqla nail olub.

86 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz medal uğrunda qarşılaşmaya vəsiqəni Hovannes Mxitaryanla mübarizədə qazanıb. Güləşçimiz Ermənistandan olan rəqibini 8:5 hesabı ilə məğlub edib.

O, Boris Makoyevlə (Slovakiya) bürünc uğrunda qarşılaşmaya bu gün çıxacaq. Medallar uğrunda qarşılaşmalara Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Qeyd edək ki, bu gün millimizin daha dörd güləşçisi mükafat uğrunda görüşə çıxacaq.