16:28 21-03-2021
news_image
229
FUTBOL

6 tsikl, 6 bombardir – millimizin tarixində

Azərbaycan millisi tarixində 7-ci dəfə dünya çempionatının seçmə mərhələsində mübarizəyə qoşulacaq.

Apasport.az saytının məlumatına görə, əvvəlki 6 tsikldə 6 futbolçumuz 1-dən artıq qol vurub.

Onlardan ikisi 3, dördü 2 dəfə fərqlənib. Martın 24-dəki növbəti start öncəsi bombardirlərimizi təqdim edirik.

1-2. Vaqif Cavadov - 3 
Forvard ardıcıl iki seçmə mərhələdə qol vurub. O, Lixtenşteyn DÇ-2010-un, Rusiyanı isə DÇ-2010 və DÇ-2014-ün seçmə matçlarında məyus edib.

1-2. Əfran İsmayılov - 3 
Dünya çempionatının bir seçmə tsiklində ən çox qol vuran futbolçu bütün qollarını DÇ-2018-də vurub. Ardıcıl iki qarşılaşmada fərqlənən yarımmüdafiəçi San-Marinonu iki, Çexiyanı bir dəfə məyus edib.

3-6. Rəşad Sadıqov - 2 
Millinin mundial seçmələrindəki ən məhsuldar müdafiəçilərindən biridir. DÇ-2006 yolunda Uelsin qapısına yol tapan futbolçu DÇ-2018-in Lixtenşteynlə qarşılaşmsında da fərqlənib.

3-6. Ruslan Abışov - 2 
Arxa xətt oyunçusu DÇ-2014-ün seçmə görüşlərində qolçu kimi parlayıb. Arxa xətt oyunçusu topu öncə İsrail, sonra Lüksemburqun qapısından keçirib.

3-6. Elvin Məmmədov - 2 
Yarımmüdafiəçi qollarını DÇ-2010-un seçmə matçlarında vura bilib. O, Finlandiya və Lixtenşteyni məyus edib.

3-6. Vadim Vasilyev – 2
Forvard Slovakiya millisinin qənimi olub. O, DÇ-2002-nin həm ev, həm səfər matçında fərqlənib.