17:48 19-03-2021
news_image
334
FUTBOL

Qiyməti açıqlandı - Holandın

Dortmundun “Borussiya” klubu futbolçusu Erlinq Holandın transfer qiymətini müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisi norveçli hücumçunu istəyən bütün klublara eyni qiyməti “oxuyub”.

“Borussiya” Holand üçün 250 milyon avro istəyir. Forvarda belə yüksək qiymətin qoyulması isə dortmundluların onu buraxmamaq istəyini göstərir.

Qeyd edək ki, skandinaviyalını heyətinə qatmaqda “Mançester Siti”, “Mançester Yunayted”, “Çelsi” və “Real” maraqlıdır.