10:36 21-03-2021
news_image
707
TOKİO-2020

Tokio-2020: Daha bir idmançımız Olimpiadada!

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Apasport.az saytının məlumatına görə, milli komandamıza növbəti vəsiqəni üzgüçümüz Ramil Vəlizadə qazandırıb. 

O, Türkiyənin İstanbul şəhərində təşkil edilən beynəlxalq turnirdə çempion olmaqla yanaşı, Olimpiya normativini də yerinə yetirib. İdmançımız 200 m məsafəni batterflyay üsulu ilə 1:59,75 dəqiqəyə üzüb. 

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 19-a çatıb. 

Vəlizadədən öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçü Maksim Şemberev, güllə atıcısı Ruslan Lunyov, qadın güləşçisi Mariya Stadnik (50 kq), sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Şərif Şərifov (97 kq), 
Yunan-Roma güləşçisi İslam Abbasov (87 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də idmançımıza iştirak hüququ verilib.

Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.