10:33 22-03-2021
news_image
146
FUTBOL

Millimizə bəd xəbər – fransızlardan

Fransa hökuməti ölkə çempionatında iştirak edən futbolçuların Avropa Birliyinə daxil olmayan ölkələrə səfəri ilə bağlı qadağanı ləğv edib.

Apasport.az saytının məlumatına görə, bu qərar bir çox yığmanın xeyrinə olsa da, Azərbaycan millisi üçün heç də xoş xəbər deyil.

Çünki DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərimiz Portuqaliya və Serbiya Liqa1-dən dəvət etdikləri oyunçuların xidmətindən məhrum olmayacaq. Portuqaliyalılardan Antoni Lopes (“Lion”), Danilo (PSJ), Joze Fonte və Renato Sançes (hər ikisi “Lill”), serblərdən isə Predraq Raykoviç (“Reyms”), Stefan Mitroviç (“Strasbur”) və Mixaylo Rıstiçin (“Monpelye”) qarşıdakı görüşlərdə iştirakına heç bir maneə qalmayıb.

Qeyd edək ki, martın 24-də Turində Portuqaliyanın qonağı olacaq millimiz ayın 30-da Bakıda Serbiyanı qəbul edəcək.