İspaniya La Liqasının XXVIII turunda “Real Sosyedad”la (6:1) oyunda iki qol vuran “Barselona”nın kapitanı Lionel Messi kataloniya klubu tarixinin ən çox oyun keçirən futbolçusu ünvanına yiyələnib.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduz sabiq komanda yoldaşı Xavi Ernandesə məxsus rekordu yeniləyib.
663 qol, 267 məhsuldar ötürmə ilə “Barsa”da bütün rekordları qıran Messinin bu göstəricilərinin təkrarlanması mümkünsüz kimi görünür. Karyerasını hələ də “Barselona”da davam etdirənlərdən Serxio Buskets və Jerar Pike də oyun sayına görə, ilk “10-luq”da özünə yer etməyi bacarıb.
“Barselona”nın formasını ən çox geyinən futbolçular:
1. Lionel Messi – 768 oyun
2. Xavi Ernandes – 767
3. Andres İnyesta – 674
4. Serxio Buskets – 618
5. Karles Puyol – 593
6. Jerar Pike – 558
7. Migeli – 549
8. Viktor Valdes – 535
9. Karles Rexaç – 449
10. Gilyermo Amor - 421

00:11