17:57 22-03-2021
news_image
335
FUTBOL

Ən çox qazanan məşqçilər - SİYAHI

Avropada ən çox qazanc əldə edən məşqçilərin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə “L'Equipe”nin araşdırmasına görə, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone cədvələ başçılıq edir.

Vergiləri çıxmaq şərtilə ən çox pul qazanan 5 çalışdırıcını təqdim edirik:


1. Dieqo Simeone (“Atletiko”) – 43,2 milyon avro

“Atletiko”da tətbiq etdiyi müdafiə futbolu ilə diqqət çəkən argentinalı mütəxəssis komandaya 1 dəfə La Liqa, 2 dəfə Avropa Liqası çempionluğunu qazandırıb. Vergiləri çıxmaqla 43,2 milyon avroluq qazanc əldə edən Simeone 9 ildir madridlilərin sükanı arxasındadır.


2. Pep Qvardiola (“Mançester Siti”) – 22,6 milyon

İspaniyalı çalışdırıcı “Mançester Siti”dəki qazancı ilə siyahıda ikincidir. “Şəhərlilər”i iki dəfə Premyer Liqanın qalibi edən Qvardiola bu mövsüm sayı 3-ə çatdırmağa çox yaxındır.


3. Joze Mourinyo (“Tottenhem”) – 17 milyon

“Tottenhem”dəki gəliri ilə çoxlarını qabaqlayan portuqaliyalının komandası gözlənilmədən Avropa Liqasında Zaqreb “Dinamo”suna məğlub olaraq mübarizəni dayandırdı. Mourinyonun istefaya göndəriləcəyi söylənilsə də, bunun baş verməsi üçün londonlular ona 40 milyon avroluq təzminat ödəməlidirlər.


4. Yurgen Klopp (“Liverpul”) – 17 milyon

“Liverpul”a həm Premyer Liqa, həm də Çempionlar Liqasını qazandıran Klopp da Mourinyo ilə eyni məbləğdə pul qazanır.


5. Zinəddin Zidan (“Real”) – 16,8 milyon

Fransalı “Real”a üç dəfə Çempionlar Liqasını qazandırıb. Özü isə ən yüksək gəlirli 5-ci məşqçidir.