14:32 22-03-2021
news_image
476
FUTBOL

Baş məşqçisini qovdu – Türkiyə klubu

Türkiyənin “Kasımpaşa” klubunda baş məşqçi istefası reallaşıb.

Apasport.az saytının məlumatına görə, Super Liqa təmsilçisi çalışdırıcı Fuat Çapa ilə yollarını ayırdığını bəyan edib.

Çapanın istefaya göndərilməsinin səbəbi komandanın uğursuz çıxış etməsidir. Rəhbərlik bu addımı elitada qalmaq üçün atıb.

Qeyd edək ki, “Kasımpaşa” hazırda 31 xalla turnir cədvəlinin 15-ci pilləsində yer alır.