22:36 22-03-2021
news_image
143
FUTBOL

Ulduzları dəyişdirmək planı – “Yuventus”un

“Liverpul”un hücumçusu Məhəmməd Salahın yenidən İtaliyaya köçmək variantı yaranıb.

Apasport.az saytının məlumatına görə, “Yuventus” misirli futbolçunun xidmətində maraqlıdır.

Komanda yoldaşı Sadio Mane ilə yola getmədiyi üçün komandadan ayrılmaqda maraqlı olan Salah üçün turinlilər ilk təklifini müəyyənləşdirib. “Qoca sinyora” qarşı tərəfə bu keçid müqabilində argentinalı hücumçusu Paulo Dibalanı və 45 milyon avro təklif edəcək.

Qeyd edək ki, əvvəllər İtaliyada “Roma”nın formasını geyinən Məhəmməd Salah cari mövsüm Premyer Liqada 17 qola imza atıb.