00:44 23-03-2021
news_image
80
FUTBOL

40 yaşına qədər oynamaq istəyir - Ramos

“Real”ın kapitanı Serxio Ramos karyerasını hələ uzun müddət davam etdirmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı mərkəz müdafiəçisi 40 yaşına qədər yaşıl meydanlarda qalmaq fikrində olduğunu gizlətməyib.

İspaniya millisinin üzvü bunu bacaracaq gücdə olduğu qənaətindədir: “Ən yüksək səviyyədə daha 5 il oynaya biləcəyimi düşünürəm. Əgər zədələrim çox ağır olmasa, 40 yaşıma qədər oynamağa hazıram”.

Ramos “Real”ın hücum xəttinə mümkün transferləri də dəyərləndirib. O, PSJ-li Kilian Mbappe ilə Dortmund “Borussiya”sından olan Erlinq Haland arasında seçim edib: “Əgər seçim etmək məcburiyyətində qalsam, Halanda üstünlük verərdim. Çünki maliyyə baxımdan onun keçidi daha inandırıcı görünür”.

Qeyd edək ki, Serxio Ramosun “Real”la müqavilə müddəti bu ilin yayına qədərdir.