21:03 22-03-2021
news_image
111
FUTBOL

“Liverpul” dönəmim xüsusi idi” – Suares 500 qolu haqda

İspaniya La Liqasının XXVIII turunda “Atletiko” “Alaves”i Luis Suaresin yeganə qolu sayəsində 1:0 hesabı ilə məğlub edib.

Apasport.az saytının məlumatına görə, bu, uruqvaylı forvardın karyerasında 500-cü qolu olub.

Karyerası ilə bağlı təəssüratlarını bölüşən ulduz futbolçu “Liverpul”un həyatında xüsusi yer tutduğunu söyləyib: “Liverpul” dönəmim xüsusi idi. Azarkeşlərin sevgisi belə böyük rəqabətli çempionatda məni ruhlandırırdı”.

Qeyd edək ki, Luis Suares “Barselona”da 198, “Ayaks”da 111, “Liverpul”da 82, Uruqvay millisində 63, “Atletiko”da 19, “Qroningen”də 15, “Nasional”da isə 12 qol vurub.