10:14 23-03-2021
news_image
167
FUTBOL

Pirlonu kim əvəzləyəcək? – namizədlər

İtaliyanın “Yuventus” klubunun baş məşqçisi postuna namizədlərin ilkin siyahısı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Andrea Pirtlonu istefaya göndərməyi planlaşdıran Turin təmsilçisi dörd namizəd arasında seçim edəcək.

A seriyasının XXVIII turunda “Benvento”ya 0:1 hesablı məğlubiyyət klub rəhbərliyini indidən axtarışlara başlamağa vadar edib. Əgər Pirlo mövsüm başa çatmamış göndərilsə, onu müvəqqəti olaraq assistenti İqor Tudor əvəzləyəcək. O, məşqçilər korpusunda yeganə çalışdırıcıdır ki, əvvəllər hər hansı komandaya rəhbərlik edib.

Namizədlər siyahısında yer alan mütəxəssislərdən biri mövsümün sonunda ya Pirlonu, ya da onu müvəqqəti əvəzləyəcək Tudordan təhvil alacaq. Bunlar “Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri, “Atalanta”nın çalışdırıcısı Can Pyero Qasperini, “Latsio”ya rəhbərlik edən Simone İndzaqi və hazırda işsiz olan Luçano Spallettidir.