10:18 23-03-2021
news_image
298
FUTBOL

Dünyada 98-ci – “Qarabağ”

Son 10 ilin ən yaxşı futbol klubları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə 2011-2020-ci ilin nəticələri yer alıb.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) siyahısına 140 klubun adi daxil edilib. Azərbaycan burada yalnız bir klubla təmsil olunub.

“Qarabağ” dünyada 98-cidir. Azərbaycan çempionu 1149,5 xala malikdir.

Cədvələ İspaniya nəhəngləri başçılıq edir. “Barselona”nın 2877, “Real”ın 2782 xalı var. 3-cü olan Almaniya “Bavariya”sı 2594,5 xal toplayıb.