11:34 23-03-2021
news_image

25 milyon dollarlıq döyüşdən imtina – Taysondan

Peşəkar boks üzrə ağır çəkidə sabiq dünya çempionları Mayk Taysonla Evander Xolifild arasında növbəti döyüş baş tutmayacaq.

Apasport.az saytının məlumatına görə, buna Taysonun imtinası səbəb olub.

O, 25 milyon dollarlıq qonorar qarşılığında döyüşmək istəməyib. Bunu Holifildin meneceri Kris Lourens açıqlayıb.

O bildirib ki, veteranların döyüşünün təşkili reallaşmayacaq: “Düşünürdük ki, hər şey həll olunub. Amma hər şey alt-üst oldu. Taysonun nümayəndələri bütün təkliflərimizi geri çevirdi. Neçə müddətdir boşuna vaxt itirmişik”.