12:47 23-03-2021
news_image
296
FUTBOL

Ən çox qol vuranlar, rekordçu Daei və onu keçməyə namizəd Ronaldo - SİYAHI

Bu həftə dünyada milli komandalar həyəcanı start götürür.

Apasport.az saytı yığma səviyyəsində ən çox qol vuran futbolçuları təqdim edir.

1. Əli Daei (İran) – 109
Asiyalı forvard milli karyerasını 15 il öncə başa vursa da, onun sahibi olduğu dünya rekordu hələ də toxunulmazdır. İranlı hücumçu 1993-2006-cı illərdə vurduğu 109 qola 149 matçda imza atıb.

2. Kriştiano Ronaldo (Portuqaliya) – 102
Daeini keçməyə ən real namizəd elə bu il dünya rekordu vura bilər. Bu il DÇ-2022-nin seçmə oyunları, yoxlama görüşləri və AVRO-2020-nin final mərhələsində oynayacaq hücumçu 10-dan artıq matçda cəmi 7 dəfə fərqlənməlidir. 2003-cü ildən indiyədək 170 görüşə çıxan Ronaldo sabah qol sayını Azərbaycanla qarşılaşmada artırmağa çalışacaq.

3. Moxtar Dahari (Malayziya) – 85
1972-85-ci illərdə milli forma geyinən asiyalı liderlərdən çox geri qalır. Lakin Daeiyə qədər dünya rekordu məhz ona məxsus olub. O, 138 oyunda 85-ə çatıb.

4. Ferens Puşkaş (Macarıstan) – 84
Dahariyə qədər dünya rekordçusu olan əfsanə 1945-56-cı illərdə fövqəlməhsuldarlıq göstərib. O, 84 qol üçün 85 matça çıxıb.

5. Qodfri Çitalu (Zambiya) – 79
Afrika rekordçusu olan forvard 111 dəfə milli forma geyinib. O, 1968-80-ci illərdə yığmanın şərəfini qoruyub.

6. Husseyn Said (İraq) – 78
1976-90-cı illərdə yığmada oynayıb. O, 137 oyunda iştirak edib.

7. Pele (Braziliya) – 77
Futbol Kralı millidəki məhsuldarlığı ilə yalnız Cənubi Amerikada rekordçu sayılır. 1957-71-ci illərdə 92 qarşılaşmaya çıxan əfsanə dünya rekordundan 32 top geridədir.