13:22 23-03-2021
news_image
94
FUTBOL

Ünvanı səhv saldı – federasiya

Almaniyanın “Bavariya” klubunun futbolçusu Erik-Maksim Şupo-Motinqin Kamerun yığmasına çağırılmamağının səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi texniki səhv ucbatından millidən kənar qalıb.

Kamerun Futbol Federasiyası futbolçuya dəvət göndərib. Amma elektron məktubun çatacağı ünvan kimi səhvən elə öz “email”ini göstərib. Nəticədə Şupo-Motinqə dəvət ünvanına çatmayıb. Futbolçu isə dəvəti gözləyə-gözləyə qalıb.

Qeyd edək ki, Kamerun yığması Afrika Millətlər Kubokunun seçmə mərhələsində Kabo-Verde və Ruanda ilə qarşılaşacaq.