Azərbaycan yığması bu gün DÇ-2022-də mübarizəyə başlayacaq.
Apasport.az saytının məlumatına görə, bu, millimizin mundiala vəsiqə üçün 7-ci cəhdi olacaq.
Əvvəlki 6 tsikldə 58 matça çıxan yığma 7 qələbə əldə edib. 14 heç-heçəsi olan komanda 37 dəfə uduzub. 29 qola imza atan futbolçularımız 104 top buraxıb.
3 dəfə sonuncu yeri tutan milli iki dəfə 1, bir dəfə 2 komandanı qabaqlayıb. Yığmaya mundial seçmələrində 6 məşqçi başçılıq edib.
Canni de Byazi bu siyahıda 7-ci olacaq. Onadək 3 yerli (Kazbek Tuayev, Vaqif Sadıqov, İqor Ponomaryov) və 3 əcnəbi (Karlos Alberto Torres, Berti Foqts, Robert Prosineçki) komandanın sükanı arxasında olub.
DÇ-1998 |
8 |
1 |
0 |
7 |
3-22 |
3 |
5-ci |
5 komanda |
DÇ-2002 |
10 |
1 |
2 |
7 |
4-17 |
5 |
6-cı |
6 komanda |
DÇ-2006 |
10 |
0 |
3 |
7 |
1-21 |
3 |
6-cı |
6 komanda |
DÇ-2010 |
10 |
1 |
2 |
7 |
4-14 |
5 |
5-ci |
6 komanda |
DÇ-2014 |
10 |
1 |
6 |
3 |
7-11 |
9 |
4-cü |
6 komanda |
DÇ-2018 |
10 |
3 |
1 |
6 |
10-19 |
10 |
5-ci |
6 komanda |