15:38 23-03-2021
news_image
215
DİGƏR NÖVLƏR

“Burada idmançıların yarısını diskvalifikasiya etməlidirlər” – DÇ-yə yollanan idmançımız

“Burada arena ilə otel bir yerdədir. Üç buz meydançaya malik qurğudur. Mən yalnız əsas arenada olmuşam”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev deyib.

O, sabah start götürəcək dünya çempionatı ərəfəsində İsveçin Stokholmdakı yarışda hökm sürən koronavirus əleyhinə tədbirlərdən danışıb: “Hamı içəridədir, küçəyə çıxmaq qadağandır. Yalnız 11-ci mərtəbədə balkona çıxmaq olar. Buz meydançasına çıxanda temperatur ölçülür. Maska ilə sürüşmək lazımdır. Amma metryarımlıq məsafəyə az riayət edirlər. Bu da başadüşüləndir”.

Litvintsev bildirib ki, bütün bunlar motivasiyaya təsir etmir: “Bütün bunlar öncədən gözlənilən idi. Ona görə də öncədən buna köklənmişik. Başqa otaqlara rahat getmək olar. Hamı ünsiyyətdə, təmasda olur, əllə görüşürlər. Deyəsən, mən kimlərisə çətin vəziyyətə salıram. Düzünü deyim ki, burada idmançıların yarısını diskvalifikasiya etməlidirlər. Amma belə də olmaz ki, bütün zaman məsafəyə əmək edəsən. Bu, cəfəngiyatdır. Lakin hamı maskada gəzir”.