“Əhval-ruhiyyəmiz həmişəki kimi əladır. Nə etməli olduğumuzu bilirik”.
Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin futbolçusu Ruben Dias deyib.
DÇ-20222-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə sabahkı matçına həsr olunan mətbuat konfransında iştirak edən müdafiəçi görüş barədə fikirlərini açıqlayıb: “İddialarımız böyükdür. Əsas diqqətimiz Azərbaycanla sabahkı oyunadır. Dünya çempionatına yol mərhələ-mərhələ keçiləcək”.
Qeyd edək ki, sabah İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda baş tutacaq Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.