İtaliyanın “Milan” klubunun futbolçusu Zlatan İbrahimoviç İsveç millisinə qayıdışından sonra 11 nömrəli forma ilə çıxış edəcək.
Apasport.az saytının məlumatına görə, 39 yaşlı veteran yığmadakı nömrə seçiminə aydınlıq gətirib.
O bildirib ki, özü “10”dan imtina edib: “Mənə 10 nömrəli forma təklif etdilər. Amma yenə həmin nömrə ilə çıxış etmək istəmirəm. Yeni fəsilə başlamaq istəyirəm. Əvvəl 11 nömrə altında çıxış edən İsak 6-7 ildən sonra gedəndən ona qaytarmaq şərtilə mənə verdiyini dedi”.