10:00 24-03-2021
news_image
184
FUTBOL

Heyətdən kənarlaşdırıldı – Azərbaycanla oyunöncəsi

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyunöncəsi Portuqaliya yığmasının daha bir futbolçusu heyətdən kənarlaşdırılıb.

Apasport.az saytının məlumatına görə, söhbət müdafiəçi Rafael Gerreyrodan gedir.

Zədə səbəbindən son məşqi buraxmalı olan Dortmund “Borussiya”sının üzvü milli həkimləri tərəfindən müayinə edilib. 28 yaşlı sol cinah oyunçusunun zədəsi ciddi olduğundan, qarşıdakı matçlarda iştirakının mümkünsüzlüyü açıqlanıb. Artıq düşərgəni tərk edən Gerreyronun yerinə heç kim çağırılmayıb.

Qeyd edək ki, bu gün Turində keçiriləcək Portuqaliya – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də start götürəcək.